Gündəm / Siyasət / Cəmiyyət
Baş nazir pensiyalarla bağlı QƏRAR İMZALADI
Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında dəyişiklik edilib.
Globalpress.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu kitabçalarının altı ay müddətində bu Qərara uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.
Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, “Əmək pensiyaları haqqında” qanuna əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin tələb olunan şərtlər daxilində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var.
Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilib.
Əmək bazarında baş verən dəyişikliklər nəticəsində bir sıra vəzifə və peşələrin öz aktuallığını itirməsi, eləcə də bir sıra yenilərinin meydana çıxması Qərarla təsdiq edilmiş Siyahıya yenidən baxılmasına zərurət yaranıb. Sözügedən Siyahıdakı vəzifələrin bir sıra müəssisələrdə mövcud vəzifələrə aid işin xarakterik xüsusiyyəti baxımından eyni, lakin adlandırılma baxımından fərqli olması, nəticədə müəyyən şəxslərin güzəştli şərtlərlə pensiya hüququ əldə edə bilməmələrinə səbəb olur.
Qərara əsasən, Siyahıya əlavə edilməsi təklif edilən 59 vəzifə və peşə üzrə çalışan şəxslərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranacaqdır və attestasiya protokollarının yekunlarına əsasən həmin vəzifə və peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin siyahısına daxil edilməsi məqsədəuyğun hesab olunur.
Daha çox xəbər:

Zərərli işlərdə çalışanların pensiyaya çıxma şərtləri yüngülləşdirilir

Yenilik: Azərbaycanda vətəndaşlara pensiya növünü seçmək hüququ verildi

Zərərli və ağır işlərdə çalışanların pensiya kapitalı tələbi aşağı endirilir

Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək - QANUN

Baş nazir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı qərar imzaladı