Gündəm / Cəmiyyət / Hadisə
DSX və DİN birgə əməliyyat keçirdi
Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları birgə əməliyyat keçirib.
Globalpress.az xəbər verir ki bu barədə DSX-dan məlumat verilib.
Bildirib ki, DSX və DİN əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabr ayının 23-də saat 01:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərən 5 nəfər Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb.
Araşdırmalar zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Daha çox xəbər:

Azərbaycandan Rusiyaya qanunsuz keçmək istəyən 10 əcnəbi saxlanıldı

Qazaxda sərhədi pozmağa cəhd göstərən Azərbaycan vətəndaşları saxlanılıb

Üç azyaşlı İran vətəndaşı dövlət sərhədini pozub Azərbaycan tərəfə keçib

DİN və DSX əməliyyat keçirib, İran vətəndaşları saxlanılıb

DSX İranla sərhəd yaxınlığında şübhəli avtomobil saxlayıb, narkotik aşkarlanıb