Gündəm / Siyasət / Cəmiyyət
“Azərbaycanın təklifləri sülh müqaviləsi üçün əsas yaradacaq“ - Lavrov
"Danışıqlar zamanı biz sülh müqaviləsi mövzusuna, tərəflərin mövqelərinin yaxınlaşması üçün görülməli işlərə toxunduq. Azərbaycanın təklifləri hüquqi sənəd üçün əsas yaratmağa kömək edəcək".
Globalpress.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Rusiya sülhməramlıları Qarabağda vəziyyətin nizamlanması və faydalı qazıntı yataqları ilə bağlı yaranmış fikir ayrılıqlarının aradan qaldırılması üçün mütəmadi işlər görür.
Lavrov qeyd edib ki, bu, mövzu köhnədir və onun kəskinliyini aradan qaldırmaq lazımdır: "Davamlı və ədalətli sülhün bərqərar olmasında hamıdan çox Rusiya maraqlıdır. Biz həmçinin imzalanmış bütün üçtərəfli bəyanatların icrasını təhlil etdik, həmçinin nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunması məsələsini müzakirə etdik".
Daha çox xəbər:

Sülh sazişi Azərbaycanın təqdim etdiyi təkliflərə söykənir” - Lavrov

Lavrov: "Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına kömək edəcəyimizi təsdiqlədik"

Lavrov: "Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına töhfə vermək niyyətindəyik"

Lavrov İrəvanda üçtərəfli bəyannamənin icrasını müzakirə edəcək

Tərəflərin sülh müqaviləsinin Almata Bəyannaməsi əsaslanmasına razı olması yekun işi yüngülləşdirir