Gündəm / Siyasət / Cəmiyyət
Tərəflərin sülh müqaviləsinin Almata Bəyannaməsi əsaslanmasına razı olması yekun işi yüngülləşdirir
Tərəflərin sülh müqaviləsinin Almata Bəyannaməsi əsaslanmasına razı olması yekun işi yüngülləşdirir.
Globalpress.az xəbər verir ki ,APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı mövcud təkliflərdən danışan Lavrov qeyd edib ki Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı Rusiyanın təklifi çoxdan vardı: "Bu təklif bu ilin əvvəlində tərəflərə təqdim olunmuşdu. Praqada tərəflər sülh müqaviləsinin Almata Bəyannaməsi əsasında imzalanması barədə razılığa gəliblər. Tərəflər buna razıdırlar. Bu isə sülh müqaviləsi ilə bağlı vəzifənin həllini yüngülləşdirir", deyə Rusiya XİN başçısı vurğulayıb.
Daha çox xəbər:

Azərbaycan sülh müqaviləsi üzrə üçüncü rəylər paketini Ermənistana təqdim edib

Rusiya XİN: "Moskva sülh müqaviləsi ilə bağlı hərtərəfli təklifləri Azərbaycan və Ermənistana təhvil verib"

Lavrov: "Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına töhfə vermək niyyətindəyik"

Lavrov: "Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına kömək edəcəyimizi təsdiqlədik"

ABŞ-ın dövlət katibi: "Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması üçün tarixi imkan yaranıb"