Gündəm / Siyasət / Dünya
Akar: Türkün gücünü dünyaya göstərən Azərbaycan.
Qafqazda sülhü bərqərar etmək üçün Türkiyə olaraq bütün qüvvəmizlə Azərbaycanı dəstəkləyirik.
Globalpress.az ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində bildirib.
H.Akar deyib ki, türkün gücünü dünyaya göstərən Azərbaycan ordusuna bundan sonra da kimsənin yan baxmasına imkan verməyəcəyik.
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ən yüksək kürsülərdən "Azərbaycan yalnız deyildir", - dedi. Bundan sonra hər iki prezidentimizin əzmi ilə möhtəşəm qələbəyə imza atıldı. Şuşa bəyannaməsi ilə Türkiyə və Azərbaycanın əbədi dostluğuna imza atılıb. Biz savaşmaq üçün deyil, savaşın qarşısını almaq üçün varıq", - nazir vurğulayıb.
Daha çox xəbər:

Hulusi Akar: “Azərbaycanda “Ölsəm şəhid, qalsam qazi” prinsipi ilə mübarizəmiz davam edir”

Hulusi Akar Azərbaycana gəlir

Hulusi Akar: “Azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk”

Zakir Həsənov və Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimlərini izlədilər

Türkiyənin müdafiə naziri Hindistanın Ermənistana silah satmasına münasibət bildirib