Gündəm / Siyasət / Cəmiyyət
21:52, 22 Aralık 2022
0

Hacıyev Sallivanla sülh danışıqlarını müzakirə etdi

Hacıyev Sallivanla sülh danışıqlarını müzakirə etdi


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla Ermənistanla sülh müqaviləsi üzrə danışıqları müzakirə edib.

Globalpress.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitterdə paylaşım edib.

“Biz Azərbaycan-Ermənistan arasında ikitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim”, - Prezidentin köməkçisi qeyd edib.
Digər xəbərlər: