Gündəm / Siyasət / Dünya
Ermənistan TŞ-nin katibi: "İlin sonunadək Azərbaycanla sülh sazişi imzalanacaq"
Globalpress.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan danışıb.
“Biz sülh sazişinin bağlanması şərtlərini müzakirə etdik, yəni ilin sonuna kimi razılaşmamız olacaq. Delimitasiya məsələsində də razılıq əldə olunub ki, delimitasiya ilin sonuna qədər baş tutsun”, - o qeyd edib.
Qeyd olunub ki, bu barədə razılıq sentyabrın sonunda Ermənistan Təhlükəsizlik Şurasının katibi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Vaşinqtonda keçirilən görüşündə əldə olunub.
Daha çox xəbər:

Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşdü

Azərbaycan və Ermənistan liderlərinin növbəti Brüssel görüşündə müzakirə olunacaq məsələlər açıqlanı

Əliyev-Paşinyan görüşü keçirilə bilər - RƏSMİ

Hikmət Hacıyev: “Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır”

ABŞ rəsmi Bakı-İrəvan münasibətlərinin normallaşması üçün atılan addımları dəstəkləyir