Gündəm / Siyasət / Dünya
15:57, 15 Aralık 2022
0

Moskvadan Laçın dəhlizinin bağlanmasına REAKSİYA

Moskvadan Laçın dəhlizinin bağlanmasına REAKSİYA


"Rusiya Federasiyası Laçın dəhlizinin bağlanmasından narahatdır".

Globalpress.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, Laçın dəhlizinin bağlanmasına filiz yataqlarının işlənməsi ilə bağlı tərəflər arasında fikir ayrılıqları səbəb olub.

"Biz çox yaxın gələcəkdə nəqliyyat əlaqələrinin bərpasına ümid edirik, Rusiya sülhməramlı kontingenti vəziyyətin gərginliyini azaltmaq üçün fəal işləyir", - Zaxarova bildirib.

O qeyd edib ki. üçtərəfli sazişi imzalayarkən tərəflər öz üzərinə ciddi şəkildə əməl edilməli olan müvafiq öhdəliklər götürüblər:

" Xarici İşlər Nazirliyi Rusiya sülhməramlılarına qarşı əsassız, təxribat xarakterli ittihamlara münasibət bildirməyə məcburdur: onlar haradan səsləndirilməsindən asılı olmayaraq, qəbuledilməz və ziyanlıdır. Sülhməramlılar regionda təhlükəsizliyin təminatçısı kimi çıxış edərək öz funksiyalarını tam şəkildə yerinə yetirirlər".
Digər xəbərlər: