Gündəm / Siyasət / Cəmiyyət
17:00, 18 Aralık 2022
0

Xankəndi yolundakı aksiyaya beynəlxalq reaksiya - Bu ölkələrdən dəstək gəlib



Xankəndi yolundakı aksiyaya beynəlxalq reaksiya - Bu ölkələrdən dəstək gəlib

Artıq bir həftədir ki, ictimai fəallar və qeyri-hökumət təşkilatlarının nümayəndələri ermənilərin Azərbaycan ərazilərində təbii yeraltı sərvətləri talamasına və ekoloji terror törətməsinə etiraz olaraq aksiya keçirirlər.



Xankəndi-Şuşa yolunda keçirilən aksiyada əsas tələb Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji terrorun qarşısının alınması və Azərbaycanın monitorinq qrupunun bölgəyə buraxılmasına şərait yaradılmasıdır. Lakin indiyə qədər aksiya iştirakçılarının heç bir tələbi yerinə yetirilməyib. Bu səbəbdən azərbaycanlı fəallar irəli sürdükləri tələblər təmin olunana qədər dinc aksiyaları davam etdirəcəklərini bildiriblər.



Laçın yolundakı aksiyaya xaricdən də dəstək gəlməkdədir.



Aksiyanın başladığı gün Modern.az-a açıqlama verən Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış analitik Sergey Markov azərbaycanlı fəalların haqlı olduğunu bildirib. Markov Ermənistan tərəfini Qarabağda vəziyyəti gərginləşdirməkdə ittiham edib:



“Son zamanlar Qarabağda vəziyyət gərginləşməyə başlayıb. Azərbaycanlı ekoaktivistlər haqlı olaraq Ermənistan hakimiyyətindən təxribatları dayadırmağı tələb edirlər. Qarabağ ərazisindən qanunsuz qızıl ixracını dayandırmağı tələb edərək Şuşa rayonunda sakit aksiya keçirirlər. Biz bunu Qarabağın təbii sərvətlərinin işğalçılar tərəfindən mənimsənilməsi kimi qiymətləndiririk. Ermənistanın da bunu etməkdə səbəbləri var. Ermənistan başa düşür ki, tezliklə Qarabağı tərk edəcəklər. Buna görə də Qarabağdakı zəngin resursları talamaqla və resurs ixracını artırmaqla məşğuldur”.





Bundan əlavə, Rusiya prezidentinin eks-müşaviri Moskvadan Qarabağa köçən milyarder Ruben Vardanyanın Qarabağda talançılıqla məşğul olduğunu söyləyib:



“Ermənistan tərəfi bilməlidir ki, onlar üçün Rusiya və çox güvəndikləri Fransa Qarabağda mübarizə aparmayıb və aparmayacaq. Ermənistan bunu qəbul etməlidir. Qarabağda ermənilərin yaşadığı ərazilərdə maliyyə işlərinə Ruben Vardanyan baxır. Milyarder, aktivist olan Vardanyan burada Azərbaycanın təbii sərvətlərini talamaqla məşğuldur. Buna görə də onlar layiqli cavablarını almalıdırlar. Hər kəsə bəllidir ki, Qarabağ Azərbaycan torpağıdır və belə olaraq qalacaq. Bunu heç bir qüvvə dəyişdirə bilməz”.



Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı isə bildirib ki, Rusiyanın sülhməramlı adı altında Qarabağa yerləşdirdiyi hərbi qüvvələr tezliklə Azərbaycan ərazilərindən çıxarılmalıdır. Onun sözlərinə görə, Qarabağdakı rus hərbçiləri açıq-aşkar erməni separatçılarını dəstəkləyir:



“Azərbaycan iki il bundan əvvəl parlaq qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edib. Amma Rusiya sülhməramlı adı ilə Qarabağa ordusunu yerləşdirməklə özünün bölgədə olduğunu göstərməyə çalışdı. Bu gün rusların iki il ərzində sülhməramlı missiyasını düzgün yerinə yetirə bilmədiklərini görürük. Hətta xəbərlər var ki, ruslar Qarabağda yaşayan emənilərə Rusiya pasportu verirlər. Bununla da belə təəssürat yaratmaq istəyirlər ki, Qarabağda etnik ruslar çoxdur. Məncə, Rusiya Ukraynada olduğu kimi, burada da referendum keçirib Qarabağı rus torpağı elan edə bilər".





Cihad Yaycı hesab edir ki, Rusiyanın bölgəyə yerləşməsi əslində Azərbaycanı dayandırmaq, Ermənistanı isə müdafiə etmək məqsədi daşıyır:



"Ona görə də tezliklə rusların ərazidən çıxarılmasını tələb etmək lazımdır. Qarabağın Azərbaycan torpağı olduğunu hər kəs bilir, ruslara burada ehtiyac yoxdur. Sülhməramlıların düzgün fəaliyyət göstərməməsi isə hegomon dövlət üçün utancverici haldır.



Ruslar iki il bundan əvvəl razılaşdırılan ictimai asayişin təmin olunmasını Türkiyə həvala etməyib. Türklər sadəcə burada müşahidə etmək hüququna malikdir. Amma artıq buna göz yummaq olmaz. Ruslar orada istədikləri hərəkəti etdiyi halda türklər sakit durub baxmayacaq. Mütləq şəkildə tez bir zamanda Türkiyə hərbi qüvvələri də Qarabağa yerləşdirilməlidir. Eyni zamanda Rusiya ilə birlikdə Türkiyənin bərabər hüquqda fəaliyyət göstərməsi təmin olunmalıdır”.









Güneyli soydaşlarımız da ictimai fəalların və qeyri-hökumət təşkilatlarının Şuşa-Laçın yolunda keçirdiyi aksiyaya dəstək ifadə ediblər. Cənubi Azərbaycanın milli fəalı, "Gunaz TV" rəhbəri Əhməd Obalı diqqətə çatdırıb ki, Cənubda yaşayan soydaşlarımız Azərbaycanın təbii sərvətlərinin talanmasına qarşıdır:



"Amerikanın, Rusiyanın, Avropa ölkələrinin, o cümlədən BMT-nin qəbul etdiyi kimi Qarabağ Azərbaycan torpağıdır. Qarabağda qanunsuz işlərin qarşısını almaq və mədənlərində monitorinq aparmaq Azərbaycanın haqqıdır. Təəssüf ki, sülhməramlılar Azərbaycan dövlətinin bu təbii hüququnun qarşısını almaq istəyir. Belə olan halda fəalların və Azərbaycan dövlətinin məsələyə etiraz etməsi qaçılmaz olub. Bu baxımdan güneyli azərbaycanlılar olaraq, azərbaycanlı fəalların Şuşa-Laçın yolunda Rusiya sülhməramlılarına etirazını dəstəkləyirik. Azərbaycanın yeraltı sərvətlərinin qanunsuz olaraq talanmasına etiraz edirik. Yeri gəlmişkən hesab edirik ki, Azərbaycan yeraltı qaynaqlarının talan edilməsinin qarşısını almaqla yanaşı, talan zamanı ətraf mühitin çirkləndirilməsinin də qarşısını almalıdır".



Ə.Obalı onu da vurğulayıb ki, güneyli soydaşlarımız Laçın yolundakı dinc aksiyanı dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əllərindən gələni edəcəklər:



"Rusiya sülhməramlıları üçtərəfli bəyanat əsasında öz üzərlərinə götürdükləri öhdəliklərə əməl etmirlər. Əslində onlar sülhü təmin etməlidirlər. Sülhməramlılar ermənilərin tərəfini tutub azərbaycanlıların yolunu kəsməli deyillər. Bu, onların qəbul etdiyi bəyannamənin müddəalarına ziddir. Biz güneylilər olaraq sülhməramlılara öz etirazımızı bildiririk. Qardaşlarımızın aksiyalarını dəstəklədiyimizi bir daha qeyd etmək istəyirəm. Biz də etirazçıların səsinə səs verməli, onların haqlı mübarizələrini dünyaya çatdırmalıyıq. Bunu mütləq edəcəyik".





Moldovanın "The Business" jurnalının əməkdaşı Natalya Uzun Modern.az-a açıqlamasında azərbaycanlıların Laçın yolunda keçirdikləri aksiyanı dəstəklədiyini söyləyib.



“Dünyanın hansı yerində olmasından asılı olmayaraq, ekoloji fəlakəti qınayıram. Ümid edirəm ki, bunun qarşısı tez bir zamanda alınacaq, azərbaycanlı ekoaktivistləri dəstəkləyirəm. Mən Şuşada olmuşam, Qarabağda olmuşam. Gözəl təbiətin məhv edilməsinə qarşıyam”, - deyə əcnəbi jurnalist vurğulayıb.



Qarabağda təşkil olunan aksiyaya növbəti dəstək qardaş Pakistandan gəlib. Belə ki, Pakistanın “Gənclər Diplomatiya Forumu” və “Dayanıqlı İnkişaf üzrə Qlobal Strategiya İnstitutu” ictimai təşkilatları Şuşadan keçən Xankəndi-Laçın yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar azərbaycanlı fəalların dəstəyinə qoşulub.



Dayanıqlı İnkişaf üzrə Qlobal Strategiya İnstitutunun yaydığı bəyanatda deyilir: "Ətraf mühitin monitorinqi ekoloqlar və eko-fəallar tərəfindən aparılmalı və bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilməlidir. Biz nəyin bahasına olur-olsun, azərbaycanlı eko-fəallar üçün təhlükəsizlik təminatlarının verilməsini, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə riayət olunmasını və həyata keçirilməsini tələb edirik. Bu, yalnız ekoloji terrorun dayandırılması və günahkarların məsuliyyətə cəlb edilməsi halında mümkündür ki, bu da regionda sülhün qorunmasına kömək edəcək”.



Bundan əlavə, Gənclər Diplomatiyası Forumu insanlar üçün təhlükə yaradan, eyni zamanda ətraf mühitə ziyan vuran mina təhlükəsi ilə bağlı vəziyyətin monitorinqi üçün şəraitin yaradılmasına çağırış edib.









Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi;” mövzusunda dərc olunu
Digər xəbərlər: