Gündəm / Siyasət / Dünya
Çavuşoğlu Şuşa-Xankəndi yolundakı durumdan danışdı
Rusiya sülhməramlılarının Laçın dəhlizində sülhü qorumaq missiyası var. Amma digər tərəfdən, Azərbaycan torpaqlarındakı təbii sərvətlərin mənimsənilməsi beynəlxalq hüquqa uyğun deyil. Bu, Azərbaycanın sərvətlərinin oğurlanmasıdır.
Globalpress.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, müşahidəçi kimi Şuşa-Xankəndi yoluna gedən insanların qarşısının alınması orada qanun pozuntularının olduğunu göstərir: “Burada əsas vəzifə rusların öhdəsinə düşür. Çünki onlar Laçın dəhlizinin normal formada fəaliyyətinə görə məsuliyyət daşıyırlar. Öhdələrinə düşəni etməlidirlər”.
M.Çavuşoğlu söyləyib ki, Azərbaycan bu məsələdə haqlıdır: “Ona görə də biz bu haqlı mübarizəsində Azərbaycanı dəstəkləyirik
Daha çox xəbər:

Mövlud Çavuşoğlu: “Bir millət, bir ürək, bir can, Türkiyə-Azərbaycan!” - FOTO

Çavuşoğlu İngiltərə XİN rəhbəri ilə Qarabağdan danışdı

“Rusiyanı zəiflətmək istəyirlər, olan Ukraynaya olur” - Çavuşoğlu

BAKI VƏ İRƏVAN SÜLH SAZİŞİNİN ƏSAS PRİNSİPLƏRİNİ RAZILAŞDIRIB"

Çavuşoğlu İsveç və Finlandiyanın XİN rəhbərləri ilə görüşdü