Gündəm / Siyasət / Cəmiyyət
Prezident: "Qarabağ Zəfəri regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaradıb"
"2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı".
Globalpress.az xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşündə çıxışı zamanı deyib.
"Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır. Bir daha Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək", - dövlət başçısı bildirib.
Daha çox xəbər:

Prezident: "Türkmənistan və Azərbaycan əlaqələrini yeni səviyyəyə qaldırır"

“Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq“ - Prezident “Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq“ - Prezident

Azərbaycan lideri Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərdən danışıb: "Bütün işlər 2024-cü ildə tamamlanacaq"

Azərbaycan ordusu şanlı zəfər çaldı

Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edilib