Gündəm / Cəmiyyət / Sosial
Bu şəxslər 12 manat tibbi sığorta haqqı ödəyəcək
Toylarda, şənliklərdə və digər təbirlərdə aparıcılıq, çalğıçılıq və rəqqaslıq və digər oxşar fəaliyyət, məişət avadanlığı təmiri ilə məşğul olanlar, çəkməçi, dərzi və bərbər fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödəniləcək.
Globalpress.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, həmçinin Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Fərqlənmə nişanı” alınarkən ödəniləcək.
Beləliklə, bu sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının 4%-i miqdarında (12 manat) məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Daha çox xəbər:

Bu şəxslər də tibbi sığorta haqqı ödəyəcəklər - 12 manat Qanunda dəyişiklik edilir

Toy aparıcıları, çalğıçılar, rəqqaslar, dərzilər, bərbərlər... - Hər ay bu qədər pul ödəməli olacaqlar

Azərbaycanda taksi sürücüləri ilə bağlı YENİ QƏRAR - 12 manat

Fərdi qulluqçular və dayələrin vergi və sosial öhdəlikləri hansılardır?

Yanvar ayının 1-dən tətbiq olunacaq CƏRİMƏLƏR - SİYAHI