Gündəm / İqtisadiyyat / Cəmiyyət
10:35, 22 Kasım 2022
0

Azərbaycanda iki şirkət barədə antiinhisar qanunvericiliyinin tələblərinin pozulması üzrə iş qaldırılıb

Azərbaycanda iki şirkət barədə antiinhisar qanunvericiliyinin tələblərinin pozulması üzrə iş qaldırılıb


Globalpress.az ın əldə etdiyi məlumata görə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti duru və bərk yağ (marqarin, spred) məhsulları bazarının araşdırılması ilə əlaqədar tələb olunan sənəd və məlumatları təqdim etmədiyi üçün “Sun Food” və “Bakı Qida və Yağ Fabriki” MMC-lər barədə antiinhisar qanunvericiliyinin tələblərinin pozulması üzrə iş qaldırıb.



Məlumata görə, araşdırmalar “Antiinhisar fəaliyyəti haqqında” qanun və Nazirlər Kabinetinin “Antiinfliyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21 fevral 2022-ci il tarixli sərəncamı çərçivəsində aparılır.
Digər xəbərlər: