Gündəm / Siyasət / Cəmiyyət
Prezident: "Azərbaycanla Ermənistan arasında ədalətli sülhün təmin edilməsi dövrün tələbidir"
"Azərbaycanla Ermənistan arasında beynəlxalq hüquqa, ədalət prinsipinə əsaslanan sülhün, təhlükəsizliyin təmin edilməsi dövrün və zamanın tələbidir".
Globalpress.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarına ünvanladığı müraciətində yer alıb.
"Dövlətlərin üzləşdikləri müasir qlobal çağırışlar arasında sülh və təhlükəsizlik problemləri beynəlxalq münasibətlərin bütün sahələrinə və iştirakçılarına təsir göstərən ən aktual məsələlərdəndir. Bu həm də 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində uzun illər məruz qaldığı hərbi təcavüzə son qoyaraq ərazilərini işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddət ərzində icra edilməyən dörd qətnaməsinin tələblərini həyata keçirmiş Azərbaycan, eləcə də bütün Cənubi Qafqaz regionu üçün həssas və prioritet məsələdir.
Tarixi təcrübə göstərir ki, münaqişələr əbədi davam edə bilməz. Azərbaycanla Ermənistan arasında da beynəlxalq hüquqa, ədalət prinsipinə əsaslanan sülhün, təhlükəsizliyin təmin edilməsi dövrün və zamanın tələbidir. Bu baxımdan, siyasi partiyaların beynəlxalq sülhə və təhlükəsizliyə töhfə vermək məqsədilə bilik və təcrübələrinin mübadiləsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi təqdirəlayiqdir", - müraciətdə bildirilib
Daha çox xəbər:

XİN-dən Azərbaycanın İƏT-ə üzvlüyünün ildönümü ilə bağlı BƏYANAT

Ərdoğan Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qərar imzalayıb

Prezident İlham Əliyev Səmərqənddə sessiyasında: "Məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür"- ÇIIXŞIN TAM MƏTNİ (FOTOLAR/Yenilənir

İlham Əliyev: “Qoşulmama Hərəkatı beynəlxalq arenada mühüm rol oynayır”

İlham Əliyev: "Azərbaycan-Vyetnam əməkdaşlığı son otuz ildə yüksələn xətt üzrə inkişaf edib"