Gündəm / Siyasət / Cəmiyyət
Prezident İlham Əliyev Səmərqənddə sessiyasında: "Məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür"- ÇIIXŞIN TAM MƏTNİ (FOTOLAR/Yenilənir
Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini qeyd etmək istərdim. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib.
2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.
Diqqətinizə görə sağ olun.
Prezident İlham Əliyevə təşəkkür edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dedi: Məzmunlu çıxışınıza görə sağ olun, hörmətli İlham Heydər oğlu. Sizin qeyd etdiyiniz kimi, ilk növbədə, nəqliyyat-kommunikasiya və iqtisadi-ticari sahələrdə Azərbaycan ilə regional əməkdaşlığın inkişaf etdirilməsi bizim üçün xüsusi maraq doğurur.
Sammitdə digər dövlət və hökumət başçıları da çıxış ediblər.
Sonra təşkilati məsələlərə baxılıb, qərarlar qəbul olunub və Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Bəyannaməsi imzalanıb.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub.
Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Daha çox xəbər:

İlham Əliyev: “Azərbaycan özü ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi”

İlham Əliyev: Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır

Ceyhun Bayramovun məktubu BMT Təhlükəsizlik Şurasının sənədləri siyahısında

İlham Əliyev: “Qoşulmama Hərəkatı beynəlxalq arenada mühüm rol oynayır”

Lavrovdan Azərbaycanın sədrlik etdiyi təşkilata DƏSTƏK