Gündəm / Cəmiyyət / Sosial
Marketlərdə foto və video qadağası nə dərəcədə doğrudur?
İstehlakçı hüquqlarının müdafiəsi istiqamətində bir sıra problemlər aradan qaldırılsa da görüləsi çox iş var.
İstehlakçıların hüquqlarının pozulduğu yüzlərlə fakt Azad İstehlakçılar Birliyində araşdırılır. Bir sıra iri marketlərdə foto və ya video çəkilişi qadağandır elanları asılıb. Bu halla Xəzər rayonu Binə qəsəbəsində yerləşən " Bazar Store " mağazasında rastlaşdım və bunun nə qədər doğru olmasını bilmək üçün AİB-nin sədri Eyyub Hüseynova müraciət etdik.
Bu mövzu eləcə də marketlərdə istehlakçılarla davranış qaydalarına dair AİB-ə daim istehlakçı iradları daxil olur. Bundan fərqli mövzulardan biri isə budur ki, istehlakçılara market ərazilərində potensial oğru kimi baxırlar, onların sumkalarını yoxlayırlar, alıb saxlayırlar, saxlamağa məcbur edirlər. Orada vətəndaşın çantası itsə, yaxud içərisindən bir şey oğurlansa heç kim cavabdehlik daşımır.
Biz bu kimi məsələlər barədə dövlət orqanları qarşısında, Antiinhisar və Bazara Dövlət Nəzarəti Xidməti qarşısında məsələ qaldırmışıq. Hər dəfə də cavab almışıq ki, onların öz ərazisidir, özləri bilərlər. Çox təəssüf olsun ki, hökumət biznes qurumları üçün çox ərkəsöyün bir şərait yaratmışdır. Restoranlarda, kafelərdə ,marketlərdə istehlakçılarla son dərəcə çox pis davranış sərgiləyirlər ,hətta istehlakçılarla söyüşənlər və sair hallar mövcuddur.
Bəzi restoranlarda feys kontrol edirlər, deyirlər sən bizim xoşumuza gəlməyirsən, səni içəri buraxmırıq. Bəzilərinə deyirlər ki, sən qadınla gəlməlisən,tək olmaz. Düşünürəm ki, bu cür işlər cəmiyyətdə böyük narazılıqlar yaradır və bu hökumətin siyasətinə zidd bir hərəkətdir. Azərbaycan hökuməti üzünü istehlakçıya doğru çevirməlidir.
Biznes qurumlarının ərkəsöyün obrazına son qoyulmalıdır. Onlar artıq dövlətin qanunlarını da ayaq altına atırlar. Cənab Prezident media ilə görüşündə demişdi ki, mən ən vacib informasiyanı mediadan alıram. Yaxşı bu hara, istehlakçıların narazılığı hara?
Məsələn, bir nəfər görür ki, rəfdə bir qiymət, çıxışda başqa bir qiymət. Yəni sonda bahalaşmış qiymət. Bu suni qiymət artımıdır. Dəfələrlə cənab Prezident süni qiymət artımına toxunub, süni qiymət artımının olduğunu bildirib. İstehlakçı aldığı malı dükandan çıxarandan sonra sübut edə bilməz ki, mən bunu buradan almışam, hətta kassa çeki olsa belə.
Ona görə də bəzən şəkil çəkmək lazım olur. Marketlərin içərisində video və ya şəkil çəkməyə qadağa doğru deyil. Hansı qanunlara istinad edib bu addımı atırlar? Adını çəkdiyim dövlət qurumu bilməlidir ki, bu həmin market sahibinin atasının yeri deyil. Bura ictimailəşmiş bir ticarət yeridir, burada insanlar azad olmalıdır. Marketlərdə foto və video çəkilişinə icazə verilməlidir.
Məsələn, süni qiymət artımını vətəndaş fiksə etmək istəyir, onun taxçada şəklini çəkməlidir. Əgər hökumətin süni qiymət artımına qarşı mübarizəsi səmimidirsə, doğrunu istəyirlərsə, onda vətəndaş onun şəklini içəridə də çəkməlidir, kassa çekini də çəkməlidir.
Bəzi dükanlarda, yerlərdə foto çəkmək olmaz, video çəkmək olmaz qadağaları düşünürəm ki, hökumətin apardığı şəffaflıq siyasətinə, plüralizm siyasətinə tam ziddir. Hansı qanuna əsaslanıb bunu edirlərsə böyük səhvdir.
Dövlət üzünü istehlakçıya doğru çevirməlidir. Birmənalı şəkildə Antiinhisar və Bazara Nəzarət Dövlət Xidməti əgər normal işləyərsə bu kimi hallar yığışdırılmalıdır.. Və yaxud kassa çekinə yazırlar ki, bu mallar dəyişdirilmir, qaytarılmır. Bunu açıq- açıqa yazır. Adını çəkdiyim dövlət qurumu hara baxır, nə işlə məşğuldurlar. İşləri çoxdur, ancaq işlərinin bir hissəsi də budur. İstehlakçılara şəffaflıq, rahatlıq yaratmalıdır. Belə dükanları baykot etmək lazımdır.
AİB olaraq hökumətin və biznes qurumlarının birləşərək istehlakçılara qarşı etdiyi siyasəti pisləyirik və belə marketləri baykot etməyə çağırıram.
Nazirlər Kabinetinin 94 saylı qərarına zidd olaraq bəzi mallar vaxtı keçdikdən sonra qutulardan boşaldılır ayrı bir taxta qutularına və oradan satılır. Üzərində nə buraxılma tarixi nə son yararlı müddəti var.
İstehlakçılar bəzən qurdlaşmış konfetlər görürlər ,onda istehlakçı nə erməlidir? Onun şəklini çəkə bilməz? Əgər hökumətin istehlakçıların hüquqlarını qorumaq siyasəti səmimidirsə onlara sərbəstlik verilməlidir, marketlərdə foto və video qadağasını yazıb asmaqla dövlətin qanunlarını və dövlətin apardığı siyasəti ayaqlar altına atmaq olmaz.
Ətraflı məlumat üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova təşəkkür edirik.
Daha çox xəbər:

Yağ adı altında yediyimiz kimyəvi qatqılar - DƏHŞƏTLİ FAKTLAR - VİDEO

İran mağazalarında qidaların üstündə fars dilli yazılar şübhə çəkdi...

Bazarda saxta qızıl satılır: Müştərini necə aldadırlar? - FOTO

Marketlərdə kəskin bahalaşma - Qiymətlər nə qədər artdı?

İstehlaka yararsız qida məhsulları məhv edilib