Gündəm / Cəmiyyət / Hadisə
İran mağazalarında qidaların üstündə fars dilli yazılar şübhə çəkdi...

Eyyub Hüseynov: “İnsanlar həmin dükanlardan köhnə mal alır, zəhərlənirlər, aldıqları mürəkkəb texniki cihazların işləmə qaydalarını bilmirlər”
Azərbaycanda İranda istehsal olunan ərzaq və gündəlik tələbat mallarının satışı ilə məşğul olan xüsusi mağazalar fəaliyyət göstərir. Bakıda onların sayı çoxdur. İrandan bizə daha çox gündəlik istifadə olunan mallar, yeyinti və kənd təsərrüfatı məhsulları gətirilir. Həmçinin qonşu ölkədə istehsal olunan ədviyyat və çərəzlər yerli bazarlarda önəmli paya malikdir.
Qeyd etdiyimiz kimi, ölkəmizdə İran məhsullarının satışı ilə məşğul olan dükanlar mövcuddur. Həmin dükanlarda satılan məhsulların üzərində yararlılıq müddəti, buraxılma tarixi, tərkibinin nədən ibarət olması haqqında məlumatlar fars dilində yazılır. Halbuku, "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun, Nazirlər Kabinetinin 94 saylı qərarında, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda və digər qanunvericilik aktlarında birmənalı olaraq göstərilib ki, ölkənin əmtəə bazarında satılan bütün mallar milli dildə markalanmalıdır. Iddia olunur ki, bu dükanlarda məhsullar bəzən köhnə olur və bu da zəhərlənməyə səbəb olur.
“İran dükanlar şəbəkəsində satılan bütün malların üzərində buraxılma tarixi, yararlılıq müddəti fars əlifbası ilə qeyd edilib və…”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, ən acınacaqlı hal İran dükanlar şəbəkəsində müşahidə olunur. Belə ki, burada satılan bütün malların üzərində buraxılma tarixi, yararlılıq müddəti fars əlifbası ilə qeyd edilib və buna görə də köhnə malların satışı, bundan zəhərlənmə halları qeydə alınır. Hazırda Azad İstehlakçılar Birliyi İran dükanlarındakı malların tərcüməsi üzərində müəyyən işlər aparır ki, dövlət orqanları qarşısında da məsələ qaldırılsın: “Azərbaycanda istehlakçılar üçün "məlumat standartı” deyilən bir şey yoxdur. Bu da ona gətirib çıxarır ki, insanlar köhnə mal alır, zəhərlənirlər, aldıqları mürəkkəb texniki cihazların işləmə qaydalarını bilmirlər və s. Bu problem həll olunmalıdır. Bu işə cavabdeh olan dövlət qurumu – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məsələnin həlli istiqamətində heç bir addım atmır. Mallar haqqında informasiyanın alınma hüququnun pozulması açıq qalıb”.
Daha çox xəbər:

Texniki pasport Azərbaycan dilində olmalıdır: Cərimə tətbiq olunacaq

"Sədərək" Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı

Mikayıl Cabbarov: “Ölkədə ərzaq təhlükəsizliyi təmin olunub” - VİDEO

Heç Operativ Qərargahın üzvləri də bu sualın cavabını bilmirlər - İLGİNC

Azərbaycanda hibrid avtomobil istehsal edilə bilər - Nazir müavinindən AÇIQLAMA