Gündəm / Cəmiyyət / Sosial
MEDİA Agentliyindən 15 reyestr müraciətinə imtina qərarı - AÇIQLAMA
İndiyədək Media Reyestrinə 160-dan çox müraciət daxil olub, 100-ə yaxın media subyekti Reyestrə daxil edilib, 15 müraciət barəsində imtina qərarı qəbul olunub, 40-a yaxın müraciətə isə baxılmaqdadır.
Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri - mətbuat katibi Səidə Şəfiyeva APA-nın sorğusuna cavab olaraq deyib.
Onun sözlərinə görə, Media subyektlərinin müraciətlərinə “Media haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 26.5-ci bəndinə uyğun olaraq baxılır və nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilir.
“İndiyədək Media Reyestrinə 160-dan çox müraciət daxil olub, 100-ə yaxın media subyekti Reyestrə daxil edilib, 15 müraciət barəsində imtina qərarı qəbul olunub, 40-a yaxın müraciətə isə baxılmaqdadır. Qeyd edək ki, Media Reyestrinə daxil edilmiş media subyektlərinə elektron formada Media Reyestri şəhadətnaməsi təqdim olunur və onların şəxsi kabinetlərində yerləşdirilir. Şəhadətnaməni kağız daşıyıcıda əldə etmək üçün istənilən vaxt Agentliyə müraciət oluna bilər”, - Səidə Şəfiyeva vurğulayıb.
Daha çox xəbər:

MEDİA: "Reyestr istifadəyə verildikdən sonra müraciətlərin qəbuluna başlanılacaq" Siyasət18:09

Ali təhsili olmayan jurnalistlər Media Reyestrinə daxil edilməyəcək

Yeni yaranacaq media subyektlərinin reyestrə daxil olma şərtləri açıqlanıb

Agentlik: "Media subyektinə işçilərin reyestrə daxil edilməsi məsələsində kvota qoyulmayıb

İpoteka bu jurnalistlərə şamil ediləcək