Gündəm / Siyasət / Cəmiyyət
Yeni yaranacaq media subyektlərinin reyestrə daxil olma şərtləri açıqlanıb
Çap mediası və onlayn media subyekti fəaliyyətə başlamazdan bir həftə əvvəl Media Reyestri üçün müraciət etməlidirlər.
Bu barədə "Report"a müsahibəsində Medianın İnkişafı Agentliyinin Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənli yeni yaranacaq media subyektlərinin reyestrə daxil olma məsələsinə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, “Media haqqında” qanunun 62.2-ci və 62.3-cü maddələrinə əsasən çap mediası və onlayn media subyekti fəaliyyətə başlamazdan 7 gün əvvəl Media Reyestrinin aparılması qaydalarına uyğun olaraq Agentliyə müraciət etməlidirlər: "Daha sonra onların müraciətlərinə qeyd edilən qanunvericiliklə nəzərdə tutulan qaydada və müddətdə baxılaraq müvafiq məlumat veriləcək. Qanunun 78.3-cü maddəsinə görə isə qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində Agentliyə müraciət etməlidir. Beləliklə, hazırda fəaliyyət göstərən media subyektlərinin reyestrə müraciət etmək üçün 6 ay vaxtları olacaqdır".
C.Həsənli televiziya və radiolarla bağlı isə bunları söyləyib: "Bildiyiniz kimi, audiovizual media subyektləri fəaliyyətə başlamaq üçün Audiovizual Şuradan lisenziya almalıdırlar. Qanuna görə, onların məlumatlarının Media Reyestrinə daxil edilməsi də Audiovizual Şuraya həvalə olunub. Odur ki, məhz Şuranın müvafiq müraciətindən sonra Medianın İnkişafı Agentliyi həmin subyektləri Media Reyestrinə daxil edəcək və onlara Media Reyestri Şəhadətnaməsi verəcək".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Daha çox xəbər:

Media Reyestri artıq hazırdır - AÇIQLAMA

Prezident “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqləd

Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilib

Media Reyestrinə KİV və jurnalistlər barədə hansı məlumatların daxil ediləcəyi məlum oldu

Nazirlər Kabineti Media Reyestri şəhadətnaməsinin formasını təsdiqləyəcək