Gündəm / Cəmiyyət / Sosial
Qazaxıstan səfirliyi: "8 noyabr Azərbaycan xalqının sarsılmaz iradəsinin simvoludur"
Noyabrın 8-i Azərbaycan xalqının birliyinin, sarsılmazlığının, iradənin əyilməzliyinin və məğrurluğunun nümayişi simvolu kimi, Azərbaycanın şərəfli salnaməsinə əbədi olaraq qızıl hərflərlə həkk olunub.
Globalpress.az ın məlumatına görə bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin feysbuk səhifəsində etdiyi paylaşımda deyilir.
"Zəfər Günü münasibətilə Qazaxıstan səfirliyi tarixi ədalətin, ölkənin ərazi bütövlüyünün BMT-nin Nizamnaməsi və qətnamələri ilə uyğun olaraq bərqərar olmasının rəmzi olan bu milli bayram ilə əlaqədar qardaş Azərbaycan xalqını ürəkdən təbrik edir.
Bu əlamətdar tarix Azərbaycan xalqının ölkənin dövlətçiliyinin və suverenliyinin möhkəmlənməsi naminə birliyinin, sarsılmazlığının, iradənin əyilməzliyinin və məğrurluğunun nümayişi simvolu kimi, Azərbaycan Respublikasının şərəfli salnaməsinə əbədi olaraq qızıl hərflərlə həkk olunub.
Qardaş Azərbaycana dayanıqlı inkişaf və tərəqqi, sülh və əmin-amanlıq, çiçəklənmə arzu edirik!”, - paylaşımda deyilir.
Daha çox xəbər:

Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik edib

Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik etdi

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi

ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verdi

Prezident: “Qazaxıstanın ali ordeni ilə təltif edilməyim bütün Azərbaycan xalqına hörmət əlamətidir”