Gündəm / Siyasət / Cəmiyyət
ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verdi
Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında münaqişədə həyatını itirənləri yad edir, həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk.
Globalpress.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Twitter“ səhifəsində paylaşım edilib.
Səfirlik ABŞ-ın Cənubi Qafqaz regionunda sülhün bərqərar olması istiqamətində işləməyə sadiq qaldığını qeyd edib.