Gündəm / Siyasət / Dünya
20:07, 27 Ekim 2022
0

Rusiya Zatulin və Simonyanla bağlı İrəvana sorğu verdi

Rusiya Zatulin və Simonyanla bağlı İrəvana sorğu verdi


Rusiya diplomatik kanallar vasitəsilə Konstantin Zatulin və Marqarita Simonyana Ermənistana giriş qadağasının aydınlaşdırılması üçün İrəvana müraciət edib.

Globalpress.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz dərhal diplomatik kanallar vasitəsilə bu məsələnin təsdiqlənməsi və aydınlaşdırılması üçün müraciət etdik. Bu təsdiq olunarsa, onların addımını qeyri-dost və müttəfiqlik münasibətlərinə zidd hesab edəcəyik. Rəsmi təsdiqdən sonra reaksiya veriləcək. Onlar (Zatulin və Simonyan – red.) ənənəvi olaraq müttəfiqlik əlaqələrinin hərtərəfli inkişafının tərəfdarıdırlar. Onlar ictimai xadimlərdir”, - o bildirib.

Qeyd edək ki, K.Zatulin və M.Simonyan Ermənistan üçün persona-non-qrata elan olunub.
Digər xəbərlər: