Gündəm / Sosial
18:00, 17 Ekim 2022
0

Şəxsi inkişafa yönəlik layihə iştirakçılarına sertifikatlar təqdim olundu

Şəxsi inkişafa yönəlik layihə iştirakçılarına sertifikatlar təqdim olundu


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün həyata keçirilən layihə başa çatıb.

“Şəxsi inkişaf: çevik bacarıqlar üzrə təlimlərin keçirilməsi” adlı layihə çərçivəsində təlimləri uğurla başa vuran 20 iştirakçıya sertifikatlar təqdim edilib.

Təlimlərdə müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlar (emosional intellekt, texnoloji avadanlıqlardan istifadə, stresin idarə olunması, komandada işləmək, vaxtın düzgün idarə olunması, ünsiyyət qurmaq və s.) tədris edilib.

“Lingva TM” ilə əməkdaşlıqda icra olunan layihəyə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin “Məzun evi”nin sakinləri cəlb edilib. Onların təlimlərə aparılıb-gətirilməsi üçün xüsusi nəqliyyat vasitəsi də ayrılıb.
Şəxsi inkişafa yönəlik layihə iştirakçılarına sertifikatlar təqdim olundu
Digər xəbərlər: