Gündəm / Dünya / Sosial
Valideyn himayəsindən məhrum olmuş 29 ukraynalı uşaq Azərbaycana gətirildi -
Ukraynadakı vəziyyətlə əlaqədar valideynlərindən birini itirmiş daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirilib.
Globalpress.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn 29 azyaşlı uşaq düşərgələrinə yerləşdiriləcək.
Uşaqlar Bakı və Qəbələ şəhərlərində təşkil olunan 15 günlük düşərgədə sosial reabilitasiya keçəcəklər. Düşərgə müddətində onlar mütəxəssislər tərəfindən müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaqlar.
Peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, ustad dərsləri vasitəsi ilə azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək.
Düşərgə iştirakçıları ingilis dili kursları vasitəsilə dil biliklərinin artırılması imkanı da əldə edəcəklər.
Bu müddət ərzində uşaqların mədəni-asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə tarixi yerlərə, həmçinin muzeylərə ekskursiyalar təşkil olunacaq, müxtəlif mövzuda komanda işləri görüləcək.
Daha çox xəbər:

Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olundu - FOTO

İnternatlardan çıxan 70 nəfərə ev verildi - FOTO

Baş nazirdən valideyn himayəsindən məhrum uşaqlarla bağlı - QƏRAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il daha 50-dən çox e-xidməti istifadəyə verəcək - FOTO

Müharibə əlillərinin hansı təminatları var? - SİYAHI