Gündəm / Siyasət / Dünya
Gərginlik sülh və beynəlxalq hüquq əsasında həllini tapmalıdır” - İran XİN
İran Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib .
Globalpress.az xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Naser Kənani deyib ki, rəsmi Tehran iki ölkə sərhədindəki gərginlikdən narahatdır.
“Tərəflər təmkinli olmaldır. Gərginlik sülh və beynəlxalq hüquq əsasında həllini tapmalıdır”, - o söyləyib.
N.Kənaninin sözlərinə görə, sərhəddəki hansısa dəyişiklik İran üçün qəbuledilməzdir: “Biz hadisələri yaxından izləyirik. Hər 2 ölkənin ərazi bütövlüyünə hörmət edilməsi vacibdir. Rəsmi Tehran 2 ölkə arasında mübahisələrin həlli üçün hər cür yardım göstərməyə hazırdır”.
Daha çox xəbər:

İran XİN Səudiyyə Ərəbistanın neft yataqlarına hücuma münasibət bildirib

İran XİN rəhbəri: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

Ceyhun Bayramov İran-Azərbaycan münasibətləri barədə danışdı

Tehranda Türkiyə-İran-Azərbaycan XİN başçılarının toplantısı keçiriləcək

İrandan Azərbaycana növbəti xəyanət: Tehran qadağa tətbiq etdi