Gündəm / Siyasət / Dünya
Şolts: "Ukrayna, Gürcüstan və Moldova gələcəkdə Aİ-yə üzv olmalıdır
Almaniya kansleri Olaf Şolts ölkəsinin Avropa İttifaqının genişlənməsinə sadiq olduğunu, Qərbi Balkan ölkələri, Ukrayna, Moldova və Gürcüstanın da bu bloka qoşulmalı olduğunu deyib.
Kansler Şolts bu barədə Praqada Çarlz Universitetində çıxışında bildirib.
O deyib ki, Aİ üzv dövlətlərin dəyərlərini paylaşan bütün Avropa xalqları üçün açıqdır və o imperializm və avtokratiyanı rədd edir.
"Biz qadınların, kişilərin və uşaqların öldürülməsinə və ya azad ölkələrin xəritədən silinməsinə, divarlar və ya dəmir pərdələr arxasında yoxa çıxmasına səssizcə baxmayacağıq. Onların müharibələri ilə 19-cu və ya 20-ci əsrə qayıtmaq istəmirik, işğal və totalitar sistemlərə qarşıyıq", Şolts vurğulayıb.
"Biz həmrəy Avropamızın nüfuzunu daha da gücləndirməliyik... Avropa bizim gələcəyimizdir və bu gələcək bizim əlimizdədir."
Almaniya kansleri genişlənmənin İttifaqda siyasi maraqlar, iqtisadi nüfuz və sosial təminat sistemləri baxımından üzv dövlətlər arasında fikir ayrılıqlarını artıracağını əlavə edib.
"Bu gün yekdilliyin tələb olunduğu yerdə, ayrı-ayrı ölkənin vetodan istifadə etməsi və digərlərinin irəliyə doğru getməsinə mane olması riski hər bir əlavə üzv dövlətlə artır", Şolts qeyd edib.

Daha çox xəbər:

Putinin müharibəsi dünya nizamını məhv etdi, xarabalığa çevirdi - Olaf Şolts

Avropa Rusiya qaz və neftindən asılı olduğunu açıq etiraf etdi - başqa alternativimiz yoxdur...

Ukrayna, Gürcüstan və Moldova “Şərq tərəfdaşlığı”nı yeniləməyə çağırıb

G7 liderləri növbəti sammitdə Rusiyaya qarşı daha sərt sanksiyaları müzakirə edəcəklər

Tiflisdə aksiyalar başladı - Minlərlə insan şəhərin mərkəzinə toplaşdı -