Gündəm / Siyasət / Cəmiyyət / Dünya
18:27, 19 Temmuz 2022
0

Putinin müharibəsi dünya nizamını məhv etdi, xarabalığa çevirdi - Olaf Şolts

Putinin müharibəsi dünya nizamını məhv etdi, xarabalığa çevirdi - Olaf Şolts


“Putinin müharibəsi dünya nizamını məhv etdi”.

Globalpress.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şoltsun fikirlərini “Frankfurter Allgemeine” qəzeti dərc edib. Şoltsun fikirlərinə görə, dünya həqiqəti dərk etməlidir, imperializm Avropaya qayıdıb.

O bildirib ki, Prezident Putin Ukraynaya qarşı müharibə ilə Qərbin sabitlik və təhlükəsizliyə olan ümidlərini məhv edib, bütün sülh nizamını xarabalığa çevirib.

Kansler deyib ki, hətta SSRİ soyuq müharibə dövründə enerjidən silah kimi istifadə edərək qaz tədarükünü dayandırmayıb. O, bütün bunların aldadıcı təhlükəsizlik hissindən xəbər verdiyini vurğulayıb.

Şolts deyib ki, Aİ-nin Putinin neoimperializminə qarşı mövqeyi qəti olaraq qalır.

“Aİ imperializm və avtokratiyaya qarşı canlı obrazdır. Üzv dövlətlər arasında fikir ayrılıqları bizi zəiflədir. Biz birliyimizi qorumalı və dərinləşdirməliyik”, – deyə o bildirib.

Şolts Vladimir Putinin Ukrayna və digər Şərqi Avropa ölkələri ilə münasibətlərini “neokolonial” adlandırıb. O bəyan edib ki, Rusiya lideri açıq şəkildə SSRİ və ya çar imperiyası xətti ilə yeni imperiya arzusundadır
Digər xəbərlər: