Gündəm / İqtisadiyyat / Sosial
Vita aptekləri” cərimələndi
Vita aptekləri” MMC-yə cərimə protokolu yazılıb.
Globalpress.az şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının və aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokollar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
İş hakim Azər Tağıyevin icraatına verilib.
Məhkəmə iclası avqustun 4-nə təyin edilib
Xatırlatma: Daha əvvəl də şirkət barəsində eyni xətai ilə bağlı cərimə protokolu yazılmışdı.
Qeyd: “Vita aptekləri” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kommersiya qurumlarının dövlət reyestrində Sadıqov Elçin Ağasadiq oğluna məxsus olduğu qeyd olunub. Şirkətin nizamnamə kapitalı 10 manat, dövlət qeydiyyatına alındığı tarix isə 09.02.2016-cı ildir.