Gündəm / Cəmiyyət
DTX rəisindən Azərbaycanda qarışıqlıq yaratmağa çalışanlara SƏRT XƏBƏRDARLIQ
“Bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələr regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyəti mütəmadi davam etdirirlər”.
Globalpress.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev iyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclasında çıxışında deyib.
Reklamınızı SmartBee ilə effektiv edin.
DTX rəisi vurğulayıb ki, Respublikamızın xüsusi xidmət orqanları tərəfindən daim ayıq-sayıqlıq qorunmaqla hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaq.
“Həmçinin, Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərindən hələ də əl çəkməməsi və bu ölkənin müxalifətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirilməsi üçün ciddi-cəhdlə çalışmasının dərin təəssüf hissi yaradır”, – deyə Ə.Nağıyev bildirib.
Daha çox xəbər:

"Milli maraqlara yönələn təhdidlərin qarşısı qətiyyətlə alınacaq" - Əli Nağıyev

DTX rəisi itkin düşmüş 6 hərbçimizdən DANIŞDI

DTX Ermənistana casusluq edən şəxsi həbs etdi

Ramil Usubov: “Qələbədən sonra bəzi qüvvələr təxribatlara əl atırlar”

DTX ordu ilə bağlı yalan məlumat yayanlara xəbərdarlıq etdi - RƏSMİ