Gündəm / Cəmiyyət / Hadisə
Abonenti “Azəriqaz”dan narazı salan nədir? - VİDEO
Samux rayon Kolayir kənd sakini Nailə İsmayılova evinə qaz verilişində yaranan problemlərdən narazıdır.
Globalpress.az KONKRET. az-a istinadən xəbər verir ki, aprel ayından etibarən demək olar ki, qaz üzünə həsrətdir. Əvvəllər hamı kimi mavi yanacaqla normal təchiz olunduğunu deyən şikayətçi xətlərin yerin altı ilə aparılmasından sonra bu problemlə üzləşdiyini bildirir. N.İsmayılova dəfələrlə yerli qaz idarəsi əməkdaşlarına bununla bağlı müraciət etsə də, heç bir nəticə hasil olmadığını qeyd edir.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlamasında “Azəriqaz” İB-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə bu barədə regional idarəyə məlumat verildiyini və tez bir müddətdə lazımi tədbirlər görüləcəyini bildirib: “Bununla bağlı regional idarənin əməkdaşlarına məlumat vermişik və onlar həmən hərəkətə keçiblər. Yəqin ki, sabah məsələnin nədən qaynaqlandığı haqda dəqiq nəticə olacaq. Ehtimal olunur ki, həmin xanımın evindəki xətlərdə nasazlıq var. Və məsələ araşdırılaraq problem tez bir zamanda həll ediləcək”.
Daha çox xəbər: