Gündəm / Sosial
Qaz sayğacları ilə bağlı əhaliyə vacib xəbər
Qaz sayğaclarının oxunması ilə bağlı yenilik tətbiq ediləcək. Bu istiqamətdə işlər tamamlanmaq üzrədir. Yeni proqram vasitəsilə sayğacların oxunmasında yaşanan çətinliklər aradan qaldırılacaq. Bu avtomatlaşdırılmış qaz informasiya sistemi ilə mümkün olacaq. Azəriqaz istehsalat birliyi yeniliklə bağlı bəzi detalları açıqlayıb.
Qaz sayğaclarının oxunması asanlaşacaq.
Bu məqsədlə süni intellektdən istifadə ediləcək. Azəriqaz istehsalat birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirib ki, bununla bağlı işlər yekunlaşmaq üzrədir. Onun sözlərinə görə yeni proqram sınaqdan uğurla keçib.
Qurum rəsmisi qeyd edib ki, yenilik abonentlərin qaz sərfiyyatı ilə bağlı göstəricilərinin oxunmasında yaşanan çətinlikləri aradan qaldıracaq. Eldəniz Vəliyev bildirib ki, sayğacla bağlı bütün məlumatlar sistemdə öz əksini tapacaq.
Eldəniz Vəliyev əlavə edib ki, yeni sistem yaxın vaxtlarda tətbiq ediləcək.
[media=]
Daha çox xəbər:

"Azəriqaz" abonentlərə yeni xidmət təklif edəcək

Qazla bağlı yaranmış problemlərə görə vətəndaşlar ödəniş edəcək - AÇIQLAMA

Sayğacların sərfiyyatı çox yazmasının səbəbi AÇIQLANDI

Azərbaycanda qaz müayinəsi və texniki xidmətlə bağlı YENİLİK

Bakıda güclü külək səbəbindən 600 abonentin qaz təchizatında fasilə yarandı – FOTO