Gündəm / Cəmiyyət / Dünya
16:07, 23 Temmuz 2022
0

Türkiyə yönümlü ermənilərin türklər ilə yay məktəbi təşkil etməsi erməniləri QƏZƏBLƏNDİRDİ

[center]Türkiyə yönümlü ermənilərin türklər ilə yay məktəbi təşkil etməsi erməniləri QƏZƏBLƏNDİRDİ[/center

Türkiyə yönümlü ermənilər türklər ilə yay məktəbi təşkil ediblər.

Globalpress.az xəbər verir ki, bu barədə Yerkir.am saytı məlumat yayıb. Sayt yazır ki, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin sədri Artur Sakuntsun rəhbərlik etdiyi təşkilatla birlikdə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesini təşviq etmək üçün yay məktəbi təşkil edib.

Qeyd olunur ki, bu proqram mehriban qonşuluq münasibətlərinə və Ermənistan və Türkiyədə etimad, sülh və demokratikləşmə yolu ilə vətəndaşlar tərəfindən bir-birinin tanınmasının təşviqinə yönəlib.

Yay məktəbi avqust ayında təşkil olunacaq.

Yay məktəbinin təşkili Ermənistanda həmişəki kimi qəzəbləndirib. Onlar Artur Sakuntsu “bədnam”, “satqın” , türkləri isə “qatı düşmən” adlandırıblar.
Digər xəbərlər: