Gündəm / Cəmiyyət / Hadisə
14:18, 09 Temmuz 2022
0

Gəncədə iki minik maşını toqquşdu, xəsarət alanlar var

Gəncədə iki minik maşını toqquşdu, xəsarət alanlar var


Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalpress.az xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” ilə “Hyundai” markalı minik maşınları toqquşub.

Qəza zamanı iki nəfər ağır yaralanıb, onlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Digər xəbərlər: