Gündəm / Hadisə
20:29, 13 Mart 2022
0

Ağdamda iki avtomobil toqquşub, iki nəfər yaralanıb

Ağdamda iki avtomobil toqquşub. Hadisə nəticəsində iki nəfər ağır xəsarət alıb.
Globalpress.az-ın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Bənövşələr qəsəbəsində baş verib. Hərəkətdə olan "VAZ" 2107 markalı 90 EU 281 dövlət qeydiyyat nömrəli avtomobil qarşıdan gələn "TOYOTA" markalı 02 BS 077 dövlət nömrəli avtomobillə toqquşub nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarət alıb.
Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır
Digər xəbərlər: