Gündəm / Siyasət / Cəmiyyət
14:05, 09 Temmuz 2022
0

Ermənistan xarici işlər naziri Türkiyə ilə münasibətlərin normallaşması haqqında

Ermənistan xarici işlər naziri Türkiyə ilə münasibətlərin normallaşması haqqında


Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün siyasi iradə və real addımlar lazımdır.

Globalpress.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın Kathimerini nəşrinə müsahibəsində deyib.

O, ölkələr tərəfindən xüsusi nümayəndələr təyin edildiyini, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması prosesi ilə bağlı ilkin şərt qoyulmadan 4 görüşün keçirildiyini xatırladıb.

“Prosesə müsbət təkan vermək üçün Türkiyə xarici işlər nazirinin təklifini qəbul edərək Antalyada diplomatik forumda iştirak etdim və forum çərçivəsində onunla görüşdüm”, – deyə Mirzoyan əlavə edib.

Xatırladaq ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan iyulun 1-də Vyanada görüşüblər.
Digər xəbərlər: