Gündəm / Siyasət
Ankarada erməni, İrəvanda türk səfirliyi.
Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində xüsusi nümayəndələr fevralın 24-dә Avstriyanın paytaxtı Vyanada görüşəcəklər. Növbəti görüşdə sərhədlərin açılması və s. məsələlərin müzakirəsi gözlənilir.
Serdar Kılıç və Ruben Rubinyan arasında ilk görüş yanvarın 14-dә Rusiyanın paytaxtı Moskvada keçirilmişdi.
İkinci görüşdə qarşılıqlı şəkildə səfirliklərin açılması qərara alına bilərmi?
Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nazim Cəfərsoy qeyd edib ki, Vyana müzakirələrində qarşılıqlı şəkildə səfirliklərin açılması müzakirə oluna bilməz. O bunu iki səbəblə əlaqələndirib:
“İlk növbədə, bu, müzakirənin təbiətinə zidd bir şeydir. Əvvəlcə mövzular müəyyənləşdirilməlidir. Digər tərəfdən, Türkiyə tərəfi də elan etmişdi ki, Türkiyə-Ermənistan münasibətləri Azərbaycan-Ermənistan münasibətləri ilə koordinasiyalı şəkildə inkişaf edəcək. Bu çərçivədə də Azərbaycan və Ermənistan arasında müzakirələr hələ ki, asta gedir. İstər sərhədlərin təyin edilməsi, istərsə də sülh müqaviləsi ilə bağlı müzakirələr sürətlənmir. O baxımdan, Türkiyə bu məqamı da diqqətə alacaq”.
N. Cəfərsoy əlavə edib:“Üçüncü məqam Ermənistan daxilində bu proseslərə ciddi müqavimətin mövcudluğudur. Baş nazir Paşinyan da atdığı addımları bir az daha ehtiyatlı, daxili və xüsusən, xarici balanslı bölgülərə uyğun atır. İstər Rusiyadan, istərsə də Fransadan bəzi qüvvələr prosesdə iştirak etmək istəyirlər. Bu 3 faktor diplomatik nümayəndəliklərin açılması istiqamətində irəliləyişi azaldır”.
Daha çox xəbər:

Prezident: “Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasında çox mühüm rol oynayır”

Türkiyə və İran Ankarada siyasi müzakirələr aparacaq

Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

İrəvan Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək

Minskdə Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirilib