Gündəm / Siyasət / Cəmiyyət
18:38, 22 May 2022
0

Prezident İlham Əliyevin Şar

Prezident İlham Əliyevin Şar


Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü başlayıb.

"Globalpress az" xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Qeyd edək ki, Brüsseldə həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş planlaşdırılır

Bu, 2021-ci il dekabrın 14-də başlamış və bu il aprelin 6-da davam etmiş Brüssel gündəliyi çərçivəsində növbəti görüşdür.

Sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması ilə bağlı müvafiq komissiyalar çərçivəsində müzakirələrə başlanması gündəlikdə duran əsas məsələlərdəndir.
Digər xəbərlər: