Gündəm / Siyasət / Dünya
Ukrayna kəşfiyyatından iddia: Rusiya Ermənistanla... "Rusiya Federasiyası digər ölkələrin köməyi ilə ona qarşı tətbiq edilən sanksiyalardan yan keçməyi planlayır".
Ukrayna kəşfiyyatından iddia: Rusiya Ermənistanla...
"Rusiya Federasiyası digər ölkələrin köməyi ilə ona qarşı tətbiq edilən sanksiyalardan yan keçməyi planlayır".
Gundem.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Kəşfiyyat xidməti məlumat yayıb.
İddiaya görə, Rusiya Kollektiv Təhlükəsizlik Təşkilatına üzv olan ölkələrin (Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan) ərazisində hərbi və ikili təyinatlı məhsulların istehsalı üçün mühüm olan müəsisələr yaratmağı planlaşdırır.
Bundan əlavə bildirilir ki, Rusiya tərəfi istehsal etdiyi məhsulların sanksiyalardan yayınaraq beynalxalq bazarlara çıxarılması üçün Gürcüstan, Ermənistanla danışıqlar aparır.
Ukrayna tərəfinin iddialarına görə, artıq bu ölkələrdə 200-dən artıq yeni kampaniya yaradılıb:
"Ermənistan Rusiya kampaniyaları üçün əlverişli mühit yaratmaqdadır. İlk növbədə bu IT sektoruna aiddir. Rusiyanın Ukrayna əleyhinə genişmiqyaslı hərbi təcavüzünün başlamasından bu günədək Ermənistanda təqribi olaraq 85 000 Rusiya vətəndaşı və 113 IT şirkəti gəlib. Rusiya vətəndaşları Ermənistan ərazisində 1000-dək özəl müəsisə 250-dək MMC yaradıblar. Onlar vergiləri həm Ermənistan, həm də Rusiya büdcəsinə ödəyirlər", - deyə məlumatda bildirilir.
Daha çox xəbər:

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

KTMT qüvvələri “DXR” və “LXR”ə göndərilə bilər?

Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırdı

Antalyada Rusiya, Ukrayna və Türkiyə xarici işlər nazirlərinin görüşü başlayıb.

"Lukaşenko Qərblə danışıqlar aparmaq istəyir" - Arestoviç