Gündəm / İqtisadiyyat / Cəmiyyət
Sürücülər, yaşanacaqla bağlı vacib məlumat...
Bu ilin ikinci yarısından etibarən artıq Azərbaycanda “AVRO-5” standartlarına cavab verən yanacaq istehsal ediləcək.
Bunu mediaya açıqlamasında Heydər Əliyev adına Neft Emalı zavodunun “Modernizasiya və yenidənqurma” layihəsinin rəhbəri Emil Alxaslı deyib.
Zavod tam istismara verildikdən sonra daxili bazar “Avro 5” standartlarına uyğun dizel və benzinlə tam təmin ediləcək. Emil Alxaslının sözlərinə görə yenidənqurma işləri ilə bağlı hazırda zavodda “Aİ 92” markalı benzinin istehsalı dayanıb. Qeyd edib ki, buna baxmayaraq daxili bazarda bu növ yanacaqla bağlı qıtlıq olmayacaq
Daha çox xəbər:

Azərbaycanda benzin ucuzlaşacaq? - Tarif Şurasından CAVAB

Benzinin ucuzlaşması ilə bağlı SOCAR-dan AÇIQLAMA

SOCAR benzin qıtlığı ilə bağlı məlumat yaydı - RƏSMİ

DİN-in Baş Əməliyyat və Statistik İnformasiya, Daxili Təhqiqatlar, Səfərbərlik İşləri və Mülki Müdafiə idarələrinin yerləşəcəyi inzibati bina yenidənqurma və əsaslı təmirdən sonra istifadəyə verilib

Azərbaycanda çörək və benzinin qiyməti bahalaşacaqmı? - Açıqlama