Gündəm / Cəmiyyət
DİN-in Baş Əməliyyat və Statistik İnformasiya, Daxili Təhqiqatlar, Səfərbərlik İşləri və Mülki Müdafiə idarələrinin yerləşəcəyi inzibati bina yenidənqurma və əsaslı təmirdən sonra istifadəyə verilib
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya, Daxili Təhqiqatlar, Səfərbərlik İşləri və Mülki Müdafiə idarələrinin yerləşəcəyi inzibati bina yenidənqurma və əsaslı təmirdən sonra istifadəyə verilib.
Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən üçmərtəbəli inzibati bina xidməti otaqlardan, Növbətçi Hissə, silah-sursat saxlama yerindən ibarət olmaqla mərkəzləşdirilmiş kondisioner-ventilyasiya, yanğın siqnalizasiyası, videomüşahidə və rabitə kommunikasiya sistemləri ilə təmin edilib, bütün otaq və sahələrdə təyinata uyğun olaraq zəruri mebel və inventarlar quraşdırılıb. Binanın ərazisində abadlıq-yaşıllaşdırma və işıqlandırma işləri icra edilib.
Daha çox xəbər:

Bakının mərkəzində çoxmərtəbəli bina söküləcək - FOTO

Daxili İşlər Nazirliyi bələdiyyə sədrini cərimələdi - FOTO

“Azərişıq” ASC-nin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib - YENİLƏNİB

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub

Dövlət orqanlarında yüksək vəzifələrə müsahibə elan olundu