Gündəm / Siyasət / Dünya
Arutyunyan “Rusiyaya birləşmək” seçimi etsə… - Bakı Kremli necə neytrallaşdıra bilər?
Arutyunyan “Rusiyaya birləşmək” seçimi etsə… - Bakı Kremli necə neytrallaşdıra bilər?
“Paşinyanın Qarabağın status məsələsinin arxa plana keçdiyi və Azərbaycanla sülh sazişi bağlamağa məcbur olduqları haqda açıqlamasından sonra Xankəndidəki separatçı-terrorçu rejim təcili toplantı keçirib”.
Globalpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanı bildirib. O, baş separatçı Araik Arutyunyanın İrəvandan imtina edərək Moskvaya sığınmaq istədiyini deyib:
“Separatçı deyir ki, hazırda de-fakto “müstəqilliklərini” qorumalı, buna de-yure nail olmağa çalışmalıdırlar. Əlavə edir ki, üç seçimləri var: Müstəqillik, Ermənistana birləşmə və Rusiya ilə birbaşa formatda münasibətlər qurmaq. Baş separatçı “mövcudluq” üçün xüsusilə üçüncü seçimin üzərində dayanır. Proseslər Xankəndidəki separatçı-terrorçu rejimin Moskvaya müraciət edəcəyi ehtimalını ön plana çıxarır: “müstəqilliyi” tanımaq, yaxud “Rusiyaya birləşmək”.
Düz məntiq üzrə hər iki mümkün müraciətin Rusiya tərəfindən qəbul edilməsi ehtimalı azdır:Birincisi, Moskva “Qarabağın “müstəqilliyini” Ermənistan belə tanımır” mövqeyindən çıxış edir. İkincisi, “Rusiyaya birləşmək” həm coğrafi baxımdan mümkünsüzdür, həm də postsovet məkanındakı digər separat bölgələrdən fərqli olaraq, Moskvanın burada “əsası” zəifdir. “Rus icması” kartı ortaya atılsa da, Əliyevin dərhal müdaxiləsi ilə bunun dondurulduğu görünür”.
Ekspert Rusiyanın Cənui Qafqazda sərt mövqe sərgilməsinin onun ziyanına işləyə biləcəyinə də diqqət çəkib. A.Nərimanlı Prezident Əliyevin Moskva səfərinin bu məsələdəki rolundan da danışıb:
“Qərblə körpüləri yandıran Rusiya Türkiyə və Azərbaycan faktorunu nəzərə alır. Qarabağda Azərbaycanın suverenliyinə qarşı açıq oynamaq Cənubi Qafqazda Rusiyanın da maraqlarının nəzərə alındığı şəraiti kökündən dəyişdirə bilər. Əliyevin 22 fevral tarixində Moskva gedişi də Qarabağda Donbas ssenarisinin təkrarlanması təhlükəsini neytrallaşdırmaq idi. Bakı risklərə qarşı siyasi və hərbi müstəvidə önləyici tədbirlər görür. Real görünən risk Rusiyanın separatçıların mümkün “müraciəti”ndən öz maraqlarını təmin etmək üçün Azərbaycana qarşı təzyiq kartı kimi istifadə edə biləcəyidir. Hərçənd, xüsusilə Ukraynaya hücum Kremldə son günlər düz məntiqin zəif işlədiyini, yaxud işləmədiyini də göstərir və bu, risklərin proqnozlaşdırılmasını çətinləşdirir. Bu situasiyada yeganə yol kimi separatçılara qarşı bütün rıçaqların işə salınması görünür”.
Daha çox xəbər:

Separatçı-terrorçu erməni xuntası torpağımızda “daxili işlər nazirliyi” də yaratdı... - NƏ BAŞ VERİR?

Qarabağdakı separatçılar yazda hücuma hazırlaşır?

Rusiya ilə müttəfiqlik bəyannaməsində Qarabağla bağlı nələr var?

Separatçı ordu Qarabağdan çıxarılır? - Paşinyan iclas çağırdı

Separatçı rejim yeniyetmə və yaşlılara zorla silah və hərbi forma paylayır