Gündəm / Siyasət / Hadisə
Separatçı rejim yeniyetmə və yaşlılara zorla silah və hərbi forma paylayır

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri arasında narazılıq artıb.
Globalpress.az Trend-ə istinadən bildirir ki, şəxsi heyət çatışmadığından günlərlə postlarda növbə çəkən yerli könüllülər ailələrini uzun müddət görmədikləri üçün etiraz edirlər.
Xankəndidəki mənbələrdən verilən məlumata görə, bu narazılığın qarşısını almaq və xəstələrin yerini doldurmaq məqsədilə separatçı rejim yeniyetmə və yaşlılara forma geyindirərək onları postlarda durmağa məcbur edir.
Bu göstərişə tabe olmaq istəməyənlər təqiblərə və təhqirlərə məruz qalır.
Mənbənin dediyinə görə Əsgəran istiqamətində postlarda və qeyri-qanuni erməni silahlı dəstələrin sığınacaqlarındakı acınacaqlı şərait səbəbindən xəstələnənlərin də sayı artıb.
Daha çox xəbər:

Qarabağdakı separatçılar yazda hücuma hazırlaşır?

Müdafiə Nazirliyi vacib açıqlama yaydı:

Milli Məclisin sədri: "Qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazilərindən tam olaraq çıxarılmalıdır"

Ağdam istiqamətində atəşkəs pozuldu, hərbçimiz yaralandı - RƏSMİ

"ERMƏNİ SİLAHLILARININ MÖVQELƏRİNƏ DƏQİQ ZƏRBƏLƏR ENDİRİLİR" - MN-dən açıqlama