Gündəm / Siyasət / Dünya
23:02, 03 Nisan 2022
0

“Xan getsə, Pakistan bağışlanacaq”

“Xan getsə, Pakistan bağışlanacaq”

Pakistanda baş verənlərin arxasında ABŞ izi… ABŞ rəsmilərinin Vaşinqtondakı səfirə təhdid məktubu verdiyi ortaya çıxdı – “Xan getsə, Pakistan bağışlanacaq”

Pakistan parlamenti müxalifət tərəfindən təqdim edilən baş nazirə etimadsızlıq təklifini rədd edib. Müzakirələrdə səsvermənin konstitusiya pozuntusu olacağı bildirilib və ləğv edilib.

Bunun ardından Pakistanın Nazirlər Kabineti buraxılıb, lakin baş nazir İmran Xanın vəzifəsini davam etdirəcəyi açıqlanıb. Pakistan Prezidenti Arif Alvi isə Baş nazir İmran Xanın təklifi ilə parlamenti buraxıb.

Parlamentdəki müzakirələrdən bir gün əvvəl baş naziri İmran Xan ABŞ-ı müxalifətin hökuməti devirmək cəhdinin arxasında durmaqda ittiham edib. Xan hətta onlardan təhdid məktubları aldığını açıqlayıb.

Xan bildirib ki, martın 8-də onların Vaşinqtondakı səfiri ABŞ rəsmiləri ilə görüşüb və rəsmi görüşdə ona “təhdid məktubu” verilib.

Məktubda “İmran Xan getsə, Pakistan bağışlanacaq, əks halda bunun nəticələri olacaq” yazıldığını deyən Xan bildirib ki, “ABŞ rəsmiləri Rusiyaya səfəri İmran Xanın öz şəxsi qərarı olduğunu bildirir. Lakin bu qərar Xarici İşlər Nazirliyi, ordu və yüksək səviyyəli qurumlarla məsləhətləşərək qəbul edilib”.

Ona qarşı etimadsızlıq səsverməsinin Pakistanda açıq-aşkar rejim dəyişikliyi cəhdi olduğunu və ABŞ-lə əməkdaşlıq çərçivəsində planlaşdırıldığını ifadə edən Xan, müxalifətin onu vəzifədən uzaqlaşdırmaq cəhdini ABŞ-ın ölkənin daxili işlərinə açıq müdaxiləsi adlandırıb.

Rusiyaya səfərlərinin əhəmiyyətli olduğuna işarə edən Han, qaz təchizatı, buğda və kiber təhlükəsizliklə bağlı texnologiyaya ehtiyac duyduqlarını söyləyib.

Xan ABŞ rəsmilərinin səfirlə bu tonda danışmasının və “İmran Xan getsə, Pakistanı bağışlayacağıq” sözlərinin son dərəcə təkəbbürlü olduğunu deyib.

Xan, həm ABŞ, həm də Avropa ilə yaxşı münasibətlər qurmalı olduqlarını, lakin İslamabadın müstəqil xarici siyasətinin vacib olduğunu qeyd edib.

Xan Pakistanın ABŞ-ın Əfqanıstandakı terrorla mübarizəsinə qatılaraq səhv etdiyini və bu müharibə zamanı 80 min vətəndaşın öldüyünü xatırladıb.
Digər xəbərlər: