Gündəm / Siyasət / Dünya
21:32, 08 Mart 2022
0

“Biz sizin qulunuzuqmu ki, siz nə deyirsiniz o dəqiqə edək?”

“Biz sizin qulunuzuqmu ki, siz nə deyirsiniz o dəqiqə edək?”
“Biz sizin qulunuzuqmu ki, siz nə deyirsiniz o dəqiqə edək?”

Globalpress.az xəbər verir ki, bu barədə bazar günü Pakistanın Dawn qəzeti yazıb. Pakistanın baş naziri İmran Xan Aİ-ni ikili standartlara və İslamabaddan Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən qətnaməyə BMT Baş Assambleyasında səs verməsini istəməsinə görə tənqid edib.

Onun sözlərinə görə, bundan əvvəl Aİ ölkələrinin səfirləri Pakistan nümayəndələrinə Baş Assambleyada Rusiyanın əleyhinə səs vermək xahişi ilə məktub göndəriblər.

“Biz sizin qulunuzuqmu ki, sizin dediklərinizə əməl edək? Hindistan işğal altındakı Kəşmirdə qanunu pozduqda, sizlərdən kimsə onunla ticarəti dayandırıb və ya əlaqəni kəsib?”, – deyə o bildirib.

Xan həmçinin Hindistanın da BMT-də səsvermədən əvvəl eyni məktubu alıb-almaması ilə maraqlanıb.

Xatırladaq ki, Assambleyanın 193 üzvündən 141-i fövqəladə iclasda Rusiyanı hərbi əməliyyatı dayandırmağa çağıran qətnamənin lehinə səs verib. Çin, Hindistan, Kuba, Qazaxıstan, Pakistan da daxil olmaqla, BA-nın 35 üzvü bitərəf qalıb, 5 ölkə, o cümlədən Rusiya, Suriya, Belarus və Eritreya qətnamənin əleyhinə səs verib.
Digər xəbərlər: