Gündəm / Siyasət / Dünya
"Qərb tezliklə Rusiyadan mərhəmət diləyəcək"
"Qərb tezliklə Rusiyadan mərhəmət diləyəcək" - Roberts
Qərb ölkələrinin Rusiya enerjisinə həddən artıq etibar etməsi Moskvaya istədiyi hər şeyi əldə etmək imkanı verir.
Bunu ABŞ-nin eks-prezidenti Ronald Reyqanın dövründə ABŞ Maliyyə Nazirinin iqtisadi siyasət üzrə köməkçisi olmuş Pol Roberts bildirib.
"Rusiya neft, təbii qaz və mineralların tədarükünü tamamilə kəsərsə, Qərb tezliklə mərhəmət diləyəcək və onun xahiş etdiyi hər şeylə razılaşacaq", - iqtisadçı izah edib.
O, həmçinin iddia edir ki, xarici sərmayə yalnız Rusiyanın yoxsullaşmasına gətirib çıxarır, çünki onlardan əldə olunan gəlir xaricə qaytarılır və ölkədən çıxarılır.
Beləliklə, Moskva sanksiyalardan və Rusiya banklarının əmanətlərinin müsadirəsindən istifadə edərək bütün xarici sərmayələri milliləşdirmək və resurslara sahibliyi bərpa etmək üçün böyük şansa malikdir.
Daha çox xəbər:

Avropa Rusiya qaz və neftindən asılı olduğunu açıq etiraf etdi - başqa alternativimiz yoxdur...

Sanksiyalara baxmayaraq, Avropa Rusiyadan qaz və neft tədarükünü davam etdirir

"Rusiyanı SWIFT-də tamamilə sıradan çıxarmaq lazımdır"

Zelenski Qərbin xəyanətini ifşa etdi: Rusiya isə "qaranlıq planlar"dan imtinaya məcburdur

Rusiya SWIFT-dən çıxarıldı: SWIFT-siz qalmaq nə deməkdir? - İqtisadçı ekspert Aleksey Kalmıkov izah edir