Gündəm / Cəmiyyət
Azərbaycanda alınan malları necə geri qaytarmaq mümkündür?
Azərbaycanda aldıqları məhsulu müəyyən səbəblərdən geri qaytarmaq istəyən müştərilər bir sıra hallarda problemlə üzləşirlər, yəni satıcılar həmin malı geri qəbul etmək istəmirlər.
Məsələ ilə bağlı Globalpress.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirb ki, alınan malların qanunvericilikdə nəzərdə tutulan formada və zamanda geri qaytarılması istehlakçıların hüququdur:
Ekspert deyib ki, qanunla istehlakçının tələbini ödəməyən mal 14 gün müddətində qaytarıla bilər. Lakin qaytarılacaq malın kassa çeki olmalı, malın görünüşü, xüsusiyyətləri pozulmamalıdır:
"Dəyişmək üçün başqa uyğun mal olmazsa, bu halda qaytarıla bilər. Sadalanan şərtlərlə satıcı malı dəyişdirməyə və ya geri almağa borcludur. Bəzi satış yerləri də var ki, kassa aparatı yoxdur. Belə olduğu təqdirdə alıcı şikayətçidirsə, aldığı malı satıcı ilə razılaşdıraraq dəyişə və ya qaytara bilər. İstehlakçının hüquqları istənilən halda pozularsa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (012) 599-76-00 nömrəsinə və Azad İstehlakçılar Birliyinin (012) 441-28-33 nömrəsinə müraciət edə bilərlər", - deyə ekspert bildirib.
Daha çox xəbər:

Texniki pasport Azərbaycan dilində olmalıdır: Cərimə tətbiq olunacaq

“Qida məhsullarının qablaşdırlmasında ciddi problemlər var”

İtaliyada koronavirusa görə azadlığa buraxılan mafiya üzvləri həbsxanaya qaytarıla bilər

İran mağazalarında qidaların üstündə fars dilli yazılar şübhə çəkdi...

Bravo marketlər şəbəkəsində satıcı və alıcı əlbəyaxa dava etdilər.