Gündəm / Hadisə
Qazılan yol bərpa edilmir - sakinlər narazıdır
Gəncədə müxtəlif kommunikasiya xətlərinin çəkilişi ilə bağlı yollar qazılıb, amma işlər yekunlaşdıqdan sonra asfalt örtüyü yenilənmir.
Nəticədə yollarda xoşagəlməz mənzərələr yaranır.
Sürücülər deyir ki, belə vəziyyət avtomobillərin rahat hərəkətinə mane olur. Nahamar yollarda idarə edilən nəqliyyat vasitələrinin müxtəlif detalları xarab olur.
Yollar bəzən hansısa təşkilat və ya müvafiq qurumdan alınmış razılıq əsasında yol kənarında obyekti olan sahibkarlar tərəfindən qazılır. Ancaq nəticə həmişə eyni olur: iş bitir, asfalt örütüyü yenilənmir.
Məsələ ilə bağlı Gəncə şəhər İcra hakimiyyətindən bildirilib ki, şəhərdə yolların asfaltlanması su-kanalizasiya layihəsinə paralel aparılır. Hazırda bu layihənin icrasında fasilənin yaranması yollardakı təmir işlərini də ləngidir.
Qeyd edilib ki, yol kənarlarında yerləşən obyektlərin kommunikasiya xətlərinə qoşulmaq üçün qazdıqları yolları bərpa etmək öhdəliyi də özlərinə aiddir.
Globalpress.az xezerxeber.az-a istinadla videomaterialı təqdim edir:
[media=]