Gündəm / Cəmiyyət
Masallı Xəstəxanasına Baş həkim təyin olundu
Son illər qalmaqallı hadisələrlə dillərə düşən Masallı Mərkəzi Xəstəxanasında son aylar rəhbər heyəti formalaşmağa başlayıb.
Cənub.az saytından aldığımız məlumata görə Masallı Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub
Xatırladaq ki, xəstəxananın baş həkimi Cəlil Nəzərov həbs olunandan sonra həmin vəzifə ərkivanlı Rasim Əzizova həvalə olunmuşdu. R. Əzizova qəribə oyunların qurbanına çevriləndən sonra bu vəzifə müəyyən qədər boş qaldı. Daha sonra rəhbərlik yeni kadrlarla formalaşmağa başladı.
Öncə əslən Lerik Rayonunda olan, tibb elmləri üzrə fəlsəfə doktoru Xanbaba Hüseynov xəstəxananın direktoru təyin olundu. Bu gün, 2022-ci il fevralın 24-də isə əslən Xıl kəndindən olan, bu təşkilatda şöbə müdiri işləyən Eşqin Əliyev xəstəxananın baş həkimi təyin edilib.
Bununla bağlı bu gün xəstəxanada təqdimat mərasimi keçirilib.
Eşqin Əliyev haqqında məlumatlar birmənalı olmasa da, hər halda ümidlə işlərin gedişatını izləyəcəyik. Görək xəstəxananın əbədi “yaraları” necə sağalacaq.
Daha çox xəbər:

Masallı Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olundu

Bilgəhdəki modul tipli xəstəxananın həkimi: “Açılışdan iki gün sonra artıq 77 pasiyent qəbul edilmişdi”

Gəmidəki yanğında xəsarət almış şəxslərin son vəziyyəti

Azərbaycanda daha səkkiz tibb işçisi koronavirusa yoluxdu - AÇIQLAMA

Azərbaycanda xəstəxanaya yeni direktor təyin olundu - FOTO