Gündəm / Siyasət
Ermənistan “DXR” və “LXR”in müstəqilliyini tanımayacaq - RƏSMİ
“DXR” və “LXR” adlanan qurumların müstəqilliyinin tanınması məsələsi İrəvanın gündəmində deyil.
Globalpress.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan “Armenpress”ə bildirib.
"Ermənistan iki dost ölkə - Rusiya və Ukrayna arasındakı problemləri diplomatik dialoq və danışıqlar yolu ilə həll etməyə ümid edir", - Unanyan bildirib.