Gündəm
İrəvanda təcili yardım işçiləri etiraza qalxdı

İrəvanda təcili yardım xidmətinin əməkdaşları etiraz aksiyası keçirir.
Çağırışlara getməkdən imtina edən təcili yardım əməkdaşları maaşlarının aşağı olmasından şikayət edir. Onların tələbi əməkhaqqının qaldırılmasıdır.
Aksiya iştirakçıları səlahiyyətli şəxslərlə görüşmədən aksiyaya son verilməyəcəyini açıqlayıblar.
Normadan iki dəfə artıq çağırış qəbul etdiklərini söyləyən aksiyaçılar ailələrinin güzəranının acınacaqlı vəziyyətdə olduğunu bildiriblər.
Mənbə: Sputnik Ermənistan
Daha çox xəbər:

Səhiyyə Nazirliyi təcili yardım həkimləri axtarır

Bakıda təcili yardım maşınının sürücüsü zibil qutularını eşələyir - VİDEO

Təcili yardım maşınının qarşısını kəsən sürücüyə sərt cəza - VİDEO

Təcili yardıma daxil olan müraciətlərin sayı AÇIQLANDI

Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü, ağır yaralılar var - VİDEO